Xarici dil öyrənmək nə üçün faydalıdır
Xarici dil öyrənmək nə üçün faydalıdır

Elm və texnologiyanın yüksək inkişaf etdiyi bir zamanda artıq yalnız ana dilini bilmək kifayət etmir. Əlbəttə hər bir vətəndaşın borcudur ki,öz dilini tam mükəmməl səviyyədə öyrənsin.

Ana dili öz yerində, lakin hər bir şəxs dünya görüşünü, elmini və özünü təkmilləşdirməyi düşünməli, başqa dilləri də öyrənməyin faydalarını bilməlidir. Xarici dil öyrənmək ilk növbədə insan beynini inkişaf etdirir və insult riskini azaldır. Yeni dil öyrənmək yaddaşın güclənməsi, söz ehtiyyatının artması, fərqli mədəniyyətlərlə tanışlıq, fərqli yerlər tanımaq deməkdir. Yeni dil öyrənmək cavanlaşmaq və gec qocalmaq deməkdir.

Bu gün hər bir sahədə mütəxəssislər arasında rəqabətin artması daha çox dil bilənlərin bu rəqabətdə bir pillə önə çıxması deməkdir.

Bəs siz necə bu rəqabətdə bir pillə önə çıxmaq istəyirsinizmi?

Rauf Pənahəliyev

Bir cavab yazın

Sizin emailiniz yayımlanmayacaq.