
Zülfiyyə Quliyeva
Azərbaycan Dillər Universitetinin “Alman dili” üzrə bakalavr, Almaniyanın Kiel şəhərində “Christian Albrechts” universitetində “Alman dili”, “Alman ədəbiyyatı və media” ixtisası üzrə magistr təhsilini almış 10 ildən çox pedaqoji təcrübəsi olan, mütəxəssisdir. Hal-hazırda da Azərbaycan Dillər Universitetində tədris aparmaqdadır.
İştirak etdiyi təlim və seminarlar:
2009 – Goethe Institut, Frayburq, AFR, alman dili müəllimlərinin təkmilləşməsi kursu
2009 – DAAD tərəfindən təşkil olunmuş yay məktəbi (Almaniya, Azərbaycan, Gürcüstan)
2009 – Goethe Institut Tbilisi, Gürcüstan, alman dili müəllimlərinin təkmilləşməsi seminarı
2010 – Vyana Diplomatik Akademiyası, alman dili müəllimlərinin təkmilləşməsi kursu
2011- Heinrich Heine Univeristeti, Düsseldorf, Almaniya, alman dili müəllimlərinin təkmilləşməsi təlimi
2013 – Goethe Institut Tbilisi, alman dili müəllimlərinin yay düşərgəsi (Gürcüstan/Kvariati)
2014 – Avstriya, İsveçrə, Almaniyada Avstriya Təhsil Nazirliyinin təsis etdiyi alman dili müəllimlərinin təkmilləşməsi kursu
2015 – Goethe Institut, Frayburq, Almaniya, alman dili müəllimlərinin təkmilləşməsi kursu
2016 – Goethe Institut, Schwäbisch Hall, Almaniya, alman dili müəllimlərinin təkmilləşməsi kursu
2017- “Alman Biznes dili”, Potsdam, Almaniya, alman dili müəllimlərinin təkmilləşməsi kursu
2018 – DAAD-nin Gürcüstanda alman dili müəllimləri üçün təşkil etdiyi seminar
Zülfiyyə Quliyeva tələbələri A1-C1 səviyyələrində fərdi və qrup şəkilində hazırlaşdırır. Müəlliməmiz əsasən sürətli dərs metodikasına üstünlük verir və qısa zaman ərzində tələbələri istədikləri dil səviyyəsinə çatdırır. Bundan başqa Zülfiyyə xanım dərslikdən əlavə materiallarla müxtəlif mövzuları tələbələrimizə aydın şəkildə çatdırır. Dil tədrisindən başqa müəlliməmiz tələbələri Telc və Goethe imtahanlarına da hazırlaşdırır. İmtahan hazırlığı zamanı tələbələrə Telc və Goethe imtahanlarından uğurla keçmənin metodları və strategiyası öyrədilir. Hazırda Zülfiyyə xanım Telc və Goethe imtahanlarından keçən tələbə sayına görə Azərbaycanda ən öndə gedən müəllimlərdən biridir. Təxminən 100-dən çox tələbəsi indiyə kimi imtahanlarda uğur qazanaraq sertifikat əldə edib.