Ruslana Əliyeva

Ofis meneceri
Ruslana Əliyeva

Ruslana Əliyeva

2008-2012 illərdə Gəncə Musiqi Kollecinin fortepiano ixtisasını, 2013-2017-ci illərdə Azərbaycan Milli Konservatoriyasınnın Musiqişünaslıq İxtisasını bitirmişdir. 2017-ci ildə “Azərbaycanda məskunlaşmış rusların musiqi ənənələri” (İsmayıllı və Gədəbəy bölgələri üzrə) mövzusunda diplom işi yazmış və yüksək nəticə ilə müdafiə etmişdir. 2011 Sentyabr-2012 İyun aylarında Şəmkir rayonu 7 illik Orta Musiqi məktəbində fortepiano müəlliməsi, 2017-ci ilin Sentyabr-2018 Aprel aylarında TMS MMC şirkətində ofis meneceri vəzifəsində çalışmışdır. 2017-ci il 30 Oktyabr tarixində Azərbaycan Milli Elmlər Akademiyasının yubileyi mərasimində Azərbaycan Milli Elmlər Akademiyası Himninin ilk xorla ifasında, 2017-ci il 20 May tarixində Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş  “Azərbaycan mahnısı”nın xorla ifasında, 2017-2018-ci il 26 Fevral tarixində Xocalı soyqrımına həsr edilmiş anım tədbirində “Qarabağ şikəstəsi”nin  xorla ifasında iştirak etmişdir. 2018-ci il 23-28 May tarixi aralığında “Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Assosasiya”sı və “Y-PEER Azərbaycan şəbəkəsi”nin təşkilatçılığı ilə keçirilmiş “Video əsaslı Gender təlimi”ndə iştirak etmiş və hər iki təşkilatın sertifikatına layiq görülmüşdür.

Hal-hazırda Humboldt alman dili və iş mərkəzində ofis-meneceri vəzifəsində çalışır.