
Məlahət Vahabova
Azərbaycan Dillər Universitetinin məzunudur və həmin universitetdə hal hazırda alman dilini tədris edir. Almaniyanın Hamburg şəhərində İqtisadi alman dilini bitirmiş, müxtəlif illərdə İsveçrə və Avstriyada ixtisasartırma kurslarında iştirak etmişdir. Almaniyada keçirilən “Metodika və didaktika”, “Ölkəşünaslığın didaktikası”, “Alman dili (DaF) dərslərində mətnlərin səhnələşdirilməsi” və digər mövzularda seminarların iştirakçısı olmuşdur. 2014-cü ildə Frankfurtda Telc imtahanlarını götürmək üçün lisenziya (TELC-Prüferlizenz A1,A2,B1,B2,C1) əldə edib. Test DAF-ın yaradıcısı Prof. Dr.G. Kniffkanın Test DAF imtahanlarında “Oxu və anlama”, “ Dinləmə”, ” Yazı” , “Danışıq” vərdişlərinin aşılanması istiqamətində təşkil olunmuş seminarlarda yaxından iştirak edərək sertifikat almışdır. Saarland universitetinin Prof. Dr.-u Volker Venohrun təşkil etdiyi DAF dərslərində “Qısa filmlərin rolu”, Mainz universitetinin Prof. Dr.-u Annett Wolffun “ Danışıq prossesinin aktivləşdirilməsi”, “ Yazı və danışıq oyunları”, Anne Hillenin “ Danışıq əsasdır”, bundan başqa Prof. Dr. H.Drollun “ Dərs planının tərtib edilməsi”, Prof. Dr.K. Hoggenmüllerin “Yaradıcı yazı”, Prof. Dr.Hans-Werner Hunekenin DAF dərslərində C-Testləri, onların yaradılması, inkişaf etdirilməsi, C1 səviyyəsində işlədiləcək materialların dərs zamanı tətbiqində çıxan problemlərinin aradan qaldırılması seminarlarında iştirak etmişdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Mədəd” humanitar təşkilatı ictimai birliyi tərəfindən təşkil edilmiş İKT-nin təhsilə tətbiqi üzrə İntel “Gələcək üçün Təhsil” təlim kurslarında iştirak etdiyinə görə və “Sabah” qruplarında “Innovativ tədris metodologiyası və tələbə yönümlü tədris proqramlarının hazırlanması” təlimində fəal iştirakına görə sertifikat əldə etmişdir. Hal-hazırda Təhsil Nazirliyinin “Sabah” qruplarında baş müəllim vəzifəsində işləyir.