Könül Xəlilova

Müəllim
Könül Xəlilova

Könül Xəlilova

Azərbaycan Dillər Universitetində “Filologiya və Jurnalistika” fakültəsi üzrə bakalavr, Xəzər universitetində Tərcümə fakültəsi üzrə magistr təhsili almış, bu illərdə Alman və İngilis dillərini mükəmməl səviyyədə mənimsəmişdir. Universitet təhsili zamanı İngilis-Alman dilləri üzrə mətn tərcüməsi ilə məşğul olmuşdur.

2015-ci ildə keçirilmiş Olimpiya oyunlarında tərcüməçi kimi fəaliyyət göstərmişdir.

2017-2018-ci illərdə Alman dili üzrə magistratura hazırlığı ilə məşğul olmuşdur.

Müxtəlif illərdə A1-B1 səviyyələri üzrə Gesprächsmoderatorin olaraq fəaliyyət göstərmişdir.

2018-ci ildə magistr təhsili zamanı Alman və İngilis dillərinin fonoloji quruluşu arasındakı oxşar və fərqli cəhətlər adı altında tədqiqat işi aparmışdır.

2018-ci ildə Telc C1 sertifikatını almış, hal-hazırda Humboldt alman dili və iş mərkəzində A1-B2 səviyyələri üzrə alman dili tədris etməkdədir.

Könül Xəlilova tələbələrə qarşı xüsusi diqqəti və mehribançılığı ilə seçilir. Dərsdən kənar və qeyri dərs vaxtlarında tələbələrin suallarını cavablandırır və onları Almaniya ilə bağlı müxtəlif məsələlərdə dəstəkləyir. Müəlliməmizin tələbələrə göstərdiyi bu qayğı onu tələbələrin sevimlisi etmişdir. Bundan başqa Könül müəllimənin tədris metodikası tələbələr tərəfindən müsbət qarşılanır və daha çox dərslərin detallı şəkildə keçirilməsi ilə yadda qalır.