Niyə Almaniya?
Niyə Almaniya?

Həmişə insanlarda ilk növbədə niyə? sualı formalaşır və səbəb axtarmağa çalışırlar. Bu məqalədə sizin Niyə Almaniya? sualınıza cavab verəcəyik. Hər bir ölkənin tarixi onun güzgüsüdür deyirlər. Tarixdə ilk kitab Almaniyada çap olunub. Alman alimi Quttenberq 1445-ci ildə çap üsulu ilə ilk kitabını nəşr etdirib. Bu fakt Almaniyanın elmə, təhsilə nə qədər dəyər verdiyini göstərir. Eyni zamanda 100-dən çox Alman alimi Nobel mükafatı laureyatına layiq görülüb.

Hal-hazırda Avropada iqtisadiyyatı ən böyuk və güclü inkişaf etmiş dövlət Almaniyadır. Təsadüfü deyil ki, Avropa mərkəzi Bankı məhz Almaniyada yerləşir.

Almaniya ərasinin 31 %-i ağaclar və meşələrlə əhatə olunub. Bu isə Almaniya təbiətinin gözəlliyindən, təmiz havasından xəbər verir.

Dünyada 100 milyondan çox insan alman dilində danışır. Bu dil dünyada ən çox öyrənilən 3-cü dildir. Alman dili 5 ölkənin rəsmi dilidir: Almaniya, İsveçrə, Avstriya, Lüksenburq və Lixtenşteyn.

Almaniya nizam-intizam qaydalarına, qanunlara riayət etmək üzrə ən disiplinli ölkələrdən biri sayılır. Buna görə də magistral yolların çoxunda sürət limiti yoxdur və qəzalar demək olar ki, yox səviyyəsindədir. Almaniyada piyada keçidlərindən hətta gözüyumulu keçmək mümkündür.

Alman xalqı öz soyuqqanlığı ilə seçilir. Soyuqqanlı insanlar isə daha yaxşı qərar vermək qabilliyətinə malik olurlar.

Bütün bu sadaladığımız faktlar Almaniyanı başqa Avropa ölkələridən daha ön plana çıxarır.

Bir cavab yazın

Sizin emailiniz yayımlanmayacaq.