Almaniya universitetlərində təhsil
Almaniya universitetlərində təhsil

Almaniyada universitetlərin əksəriyyəti ödənişsiz bakalavr və magistr pillələri üzrə təhsil imkanları təklif edir. Burada yalnız semestr xərcləri (yol bileti, həmkarlar ittifaqı və s.) tələbə tərəfindən ödənilir və normalda 100-300 avro arası dəyişir. Universitet və ixtisas seçimi tələbənin gələcək həyatı üçün önəmli rol oynayır və bu məsələdə mərkəzimiz almaniyada təhsil və iş bazarına əsaslanaraq məsləhət saatları təşkil edir.

Humboldt Alman dili mərkəzi təhsil sahəsində sizə aşağıda göstərilən xidmətləri təklif edir:

  • Universitet və ixtisas seçimində məsləhət saatı
  • Universitetə qəbul sənədlərinin toplanmasında dəstək (CV, motivasiya məktubu, ərizə formasının doldurulması və s.)
  • Təhsil üçün dəvətnamənin gəlməsindən sonra vizaya müraciət prosesində yardım
  • Almaniyada təhsil zamanı qalmaq üçün yerin tapılmasında kömək
  • Tələbənin Almaniyada ilk günlər düzgün adaptasiya olması üçün öncədən məsləhət saatı (bank hesabı, telefon şəbəkə seçimi, tibbi sığorta, vergi hesabatı, tələbə kimi iş imkanları və s.)

Studienkolleq

Almaniyada bakalavr təhsili almaq üçün universitetin tələblərinə cavab verməlisiniz. Normalda alman tələbələr 12 il məktəb təhsilindən sonra “Abitur” imtahanını verərək ali məktəbdə təhsil almaq şansı qazanırlar. Azərbaycan və Almaniya məktəb təhsil sistemləri fərqli olduğu üçün çox zaman azərbaycanlı şagirdlərdən Almaniyada 1 il Studienkolleg, yəni universitetə hazırlıq kursu keçmək tələb olunur.

Studienkolleq-lər bir çox universitetlərin nəzdində fəaliyyət göstərir və tələbənin seçdiyi ixtisasa uyğun olaraq 5 qrupa bölünür:

  • M-Kurs: tibb, bialogiya və əczaçılıq ixtisasları
  • T-Kurs: riyaziyyat, təbiət və ya texniki elmlər
  • W-Kurs: iqtisadi və sosial elmlər
  • G-Kurs: humanitar elmlər və ya germanistika
  • S-Kurs: xarici dil təhsili

Əgər şagird 1 il Azərbaycanda universitetdə təhsil alıbsa, o halda Studienkolleg tələbi öz qüvvəsini itirir və tələbə birbaşa Universitetə müraciət edir. Burada əlbəttə ki, müəyyən şərtlərə diqqət yetirmək lazımdır. Təhsilin verildiyi universitet Almaniya tərəfindən qəbul edilən ali məktəb olmalıdır.

Ausbildung

Almaniyada peşə təhsili “Ausbildung” adlandırılır. Burada oxuyan tələbələr müxtəlif peşələrə yiyələnirlər və təhsildən sonra öyrəndikləri peşələr üzrə çalışırlar. Ausbildung bir çox şirkətlər tərəfindən təklif olunur və peşə məktəbləri ilə birlikdə təşkil olunur. Məsələn əgər siz “Lufthansa” şirkətində təyyarə texniki üzrə peşə təhsili alırsınızsa orada normalda 3 gün praktiki bacarıqlarınızı artırırsınız və həftənin 2 gününü nəzəri bilikləri əlda etmək üçün peşə məktəbinə gedirsiniz.

Ausbildung bir çox sahələrdə etmək olar: bərbər, elektrik, mexatronika, satıcı, logistika və.s. Peşə təhsilini aldığınız zaman şirkətdən 700-1500 avro arası maaş alırsınız və bu maaş şirkətə və peşə sahəsinə görə dəyişir. Bir çox şirkət peşə təhsilindən sonra tələbələri birbaşa işə götürür.

Almaniyada Ausbildung etmək üçün attestat, minimum B2 səviyyəsində alman dili biliyi və şirkətin tələb etdiyi digər sənədlər tələb olunur. Xarici ölkələrdən Ausbildung üçün müraciət etmək mümkündür, lakin yerli tələbələrə daha çox üstünlük verilir. Bu səbəbdən tələbatda olan peşələrə müraciət etmək sizin qəbul olma şanslarınızı artırır. Bu tələbatlı sahələrə xüsusi ilə daxildir tibb bacısı, İT sahəsi, qocalar evində tibb işçisi və səhiyyə sistemində digər peşələr.

Almaniyada təhsil haqqında daha ətraflı məlumat almaq üçün mərkəzimizə müraciət edə bilərsiniz!