Almaniyada təcrübə
Almaniyada təcrübə

Almaniyada sizin müxtəlif sahələrdə praktika keçmək imkanınız var. Şirkətlərdə təcrübə keçmək sizin gələcəkdə Almaniyada iş tapmaq şansınızı artırır, çünki şirkətlər müraciət edənlərin praktiki bacarıqlarına böyük önəm verirlər. Əgər Almaniyada iş tapmaq planınız varsa tövsiyyə olunur ki, alman şirkətlərinin birində təcrübə keçəsiniz. Çünki, alman şirkətləri fərqli qayda və sistemlə çalışırlar.

Alman şirkətlərində praktika tapmaq üçün bəzi faktorlara diqqət yetirməlisiniz: Düzgün qaydada hazırlanmış CV, motivasiya məktubu və sizin akademik və ya işlə bağlı sertifikatlarınız. Bütün sənədlər şirkətin tələbinə uyğun olaraq ya ingilis ya da ki, alman dilində tərtib olunmalıdır. Bundan başqa, sizin CV-də yerləşdirdiyiniz şəkil böyük əhəmiyyət daşıyır. Tövsiyyə olunur ki, pasport şəkili deyil, foto studiyada iş üçün nəzərdə tutulmuş professional şəkil çəkdirəsiniz.

Praktika axtarışını internet üzrəindən rahatlıqla edə bilərsiniz və əksər şirkətlər sənədlərin elektron yollagöndərilməsini qəbul edir. Diqqətinizə nümunə olaraq bir neçə internet səhifə çatdırırıq: https://www.meinpraktikum.de/https://www.absolventa.de/praktikum,

https://www.monster.de/https://de.indeed.com/ və s.

Tibb sahəsində praktika tapmaq imkanları daha çoxdur, çünki Almaniyada həkimlərə və tibb işçilərinə böyük tələbat var. Praktika ilə yanaşı hospitasiya etmək də mümkündür. Hospitasiya fəaliyyəti daha çox xətəxanadakı prosesləri müşahidə etməklə keçir, lakin praktika zamanı təcrübə keçən şəxs müəyyən tapşırıqları yerinə yetirir. Bu məsələ yenə də xəstəxanaların öhdəliyindədir və fərqli tərzdə təşkil oluna bilər. Praktika və ya hospitasiyaya müraciət etmək üçün yuxarıda qeyd etdiyimiz sənədlər düzgün qayda da tərtib olunmalıdır. Əks halda sizin Almaniyaya göndərdiyiniz sənədlər nəzərdən keçirilməyəcək və siz uzun müddət Almaniyadan pozitiv cavab ala bilməyəcəksiniz.

Mərkəzimiz sizə praktika və hospitasiyaların tapılmasında yardımçı olur. Bundan əlavə siz CV və motivasiya məktubunun hazırlanmasını bizə sifariş edə bilərsiniz. Bundan əlavə sizin intervyuya hazırlanmağınız üçün də dəstək veriləcək. Dil kurslarımızı A1-B2 qədər bitirən tələbələrə bu xidmətlər ödənişsiz təqdim olunur.

Əlavə məlumat üçün mərkəzimizə müraciət edə bilərsiniz!