Almaniya Universitetlərində Təhsil Almaq İmkanları
Almaniya Universitetlərində Təhsil Almaq İmkanları

Azərbaycanın Avropaya inteqrasiya yolunda olduğu bir zamanda, təhsil və digər sahələrdə Avropa təcrübəsini nəzərə alaraq xaricdə təhsilin vacib faktor olduğunu qeyd edə bilərik. Dünya səviyyəli yüksək təhsilli  kadrların hazırlanması müasir Azərbaycanın prioritetlərindən biri sayılır.

Xaricdə təhsilin müxtəlif yolları vardır. Almaniyaya nəzər salsaq görərik ki, ödənişsiz təhsil bir o qədər də asan deyil. Bir çox ölkənin gəncləri Almaniyada ödənişsiz təhsil almaq arzusunda olduqları bir zamanda Azərbaycan gənclərinin xaricdə yaşayan həmyaşıdları ilə rəqabət aparmaqları çətin hesab olunur. Xaricdə təhsil almaq imkanları, əsasən ödənişsiz ali təhsil nəzərdə tutulduqda, dahada azalır. Bu səbəbdən xaricdə təhsil bir il öncədən planlaşdırılaraq bu istiqamətdə lazımlı addımlar atılmalıdır.

Dünyada mövcud olan universitetlərin çox az bir hissəsi Beynalxalq aparıcı universitetlərin reytinqinə daxildir. Onların arasında xüsusi yeri Almaniya universitetləri tutur ki, onlar da bir çox istiqamətdə dünyanın prestij universitetləri sırasına daxildir.

Almaniya universitetlərinə daxil olmaq üçün hər il dünyanın hər bir yerindən müraciət daxil olur. Əsas maraq dairəsi isə iqtisadiyyat və dəqiq elmlər sahəsidir. Almaniyada bu fakultələrdə təhsil yüksək keyfiyyətə malikdir.

Almaniyada orta təhsil müddəti 12-13 il davam edir. Azərbaycanda isə 11 illik təhsil sistemidir ki, bu səbəbdən də Almaniya universitetlərinə qəbul üçün 2 il Azərbaycanda ali təhsil almaq vacibdir. Bundan sonra Almaniya universitetlərinin 1-ci kursuna qəbul olmaq mümkündür. Bakalavr təhsili Alman və İngilis dillərində keçirilir. Alman dilində təhsil almaq üçün TestDaf və yaxud onun analoqu olan imtahanlarda uğur qazanmaq lazımdır.

Bir cavab yazın

Sizin emailiniz yayımlanmayacaq.